Yanvarın 20-dən etibarən Yaponiyanın şimal bölgələrini və Yaponiya dənizi sahillərini əhatə edən güclü qar nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Yanğın və Xilasetmə İdarəsinin rəsmi saytında dərc olunan statistik məlumatlarda bildirilib.
Ölənlər arasında qar təmizləyərkən damlardan yıxılanlar, həmçinin yolların və cığırların təmizlənməsi zamanı səhhəti pisləşən şəxslər var.
Qar fəsadları nəticəsində ümumilikdə 413 nəfər xəsarət alıb, onlardan 142-nin vəziyyəti ağırdır.
Qeyd olunur ki, yerli hakimiyyət orqanlarının məlumatları əsasında aparılan hesablamalara görə, qış mövsümü ərzində Yaponiyada qar fəsadları nəticəsində ölənlərin ümumi sayı 61 nəfərə çatıb.