GƏNCƏ, 5 fevral. TELEQRAF
Gəncədə taksi fəaliyyəti ilə məşğul olan "Bolt" şirkətinin sürücüsü qəzaya düşüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, "Bolt"un maşını "VAZ 2107" markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002 ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta -ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.