BAKI, 5 fevral. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində yanacaq qaçaqmalçılığı şübhəsi ilə iki neft tankerini ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İki gəminin göyərtəsində bir milyon litrdən çox qaçaqmal yanacaq aşkar edilib və ümumilikdə 15 xarici heyət üzvü məhkəməyə gətirilib", - məlumatda bildirilir.
Gəmilər İranın Fars adası sahillərində ələ keçirilib. SEPAH tankerlərin bir neçə aydır ki, qaçaqmalçılıqla məşğul olduğunu və dəniz qüvvələri tərəfindən aparılan müşahidə və kəşfiyyat əməliyyatları nəticəsində müəyyən edilərək ələ keçirildiyini bildirib.
Fevralın 3-də İran qüvvələrinin Hörmüz boğazında ABŞ bayrağı altında üzən bir tankeri ələ keçirməyə cəhd etdiyi bildirilib.