BAKI, 27 yanvar. TELEQRAF
Çinin müdafiə naziri Dun Tsyun rusiyalı həmkarı Andrey Belousovla videokonfrans keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, toplantı zamanı tərəflər Çin və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini, eləcə də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı müzakirə ediblər.