BAKI, 27 yanvar. TELEQRAF
İsrail Qazaxıstanın "İbrahim Sazişləri"nə qoşulmasını alqışlayır və bu addımı yüksək dəyərləndirir.
Teleqraf xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Qazaxıstana rəsmi səfəri zamanı deyib.
Gideon Saar rəsmi səfəri çərçivəsində Astanada göstərilən səmimi qonaqpərvərlik üçün Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Yermek Koşerbayevə təşəkkürünü bildirib.
"İsrail Qazaxıstanın "İbrahim Sazişləri"nə qoşulmasını alqışlayır və bu addımı yüksək dəyərləndirir. Bu səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və onların tam potensialının reallaşdırılması məqsədini əks etdirir. Biz bunu həyata keçirəcəyik",- o qeyd edib.