BAKI, 23 yanvar. TELEQRAF

"İranda baş verənləri terror aktı kimi qəbul edirik".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, baş verən hadisələr müharibənin tərkib hissəsi kimi qiymətləndirilir:

"Qısa müddət ərzində itkilərin sayı 3 mindən çox olub. Həlak olanlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər, tibb işçiləri və polis əməkdaşları da var".

V.Cəlalzadə qeyd edib ki, iğtişaşlar ölkəyə genişmiqyaslı maddi ziyan vurub:

"Hadisələr zamanı 3500 ticarət obyekti, 700 market, 750 bank şöbəsi, 414 dövlət qurumu, 200 məktəb, 53 məscid, 253 avtobus və 800-dən artıq avtomobilə zərər dəyib".