BAKI, 22 yanvar. TELEQRAF

ABŞ-də dondurulmuş Rusiya aktivləri Ukrayna münaqişəsi zamanı dağılmış ərazilərin bərpası üçün istifadə edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

O qeyd edib ki, dondurulmuş Rusiya aktivlərinin 1 milyard dolları yanvar ayında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağını idarə etmək və bölgəni yenidən qurmaq üçün yaradılan "Sülh Şurasına" yönəldilə bilər.

Prezident əlavə edib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə imkanı ABŞ administrasiyasının nümayəndələri ilə müzakirə olunur.

Görüş zamanı o, Təhlükəsizlik Şurasının üzvləri ilə Rusiyanın "Sülh Şurası"nda iştirakını müzakirə edib. O, Moskvanın sənədləri nəzərdən keçirdikdən sonra qoşulmaq barədə qərar verəcəyini vurğulayıb.