BAKI, 22 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranın nüvə araşdırmalarını davam etdirməsi halında Vaşinqton yenidən hərbi güc tətbiq etməyə hazır olacaq.

Teleqraf xəbər verir ki, bu barədə o, "CNBC" telekanalına müsahibəsində danışıb.

“Əgər onlar bu fəaliyyətlə məşğul olmağa davam etsələr, bu yenidən baş verəcək. Onlar nüvə proqramını dayandırmalıdırlar. Onlar nüvə proqramları üzərində təcrübələri davam etdirirlər”, - Tramp vurğulayıb.