BAKI, 21 yanvar. TELEQRAF
Dünya səhv miqrasiya və iqtisadi siyasətin dağıdıcı nəticələri ilə üzləşir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Tramp vurğulayıb ki, ölkələri zəngin və güclü etmək əvəzinə, rekord büdcə və ticarət kəsirləri yaradılır: "Bəşəriyyət tarixindəki ən böyük kütləvi miqrasiya dalğası ilə idarə olunan dövlət borcunu artırırıq. Biz heç vaxt buna bənzər bir şey görməmişik. Dünya sözün əsl mənasında gözümüzün qabağında çökür, amma liderlər nə baş verdiyini anlamırlar".