BAKI, 21 yanvar. TELEQRAF

Danimarka Qrenlandiyanı ABŞ-yə 1 trilyon dollara satmalıdır.

Teleqraf xəbər verir ki, bunu Bavariyanın keçmiş Regional İnkişaf və Ətraf Mühit naziri Peter Gauveiler "Bild"ə müsahibəsində bildirib.

"Trampın təklifini qəbul edin, əziz danimarkalılar, 1 trilyon dollar istəyin", - deyə o bildirib.

Keçmiş nazirin sözlərinə görə, adanın satışı Danimarka və onun vətəndaşları üçün tarixi bir rifah sıçrayışı ola bilər və sövdələşmədən əldə edilən gəlir ölkəni Avropanın ən varlısı edə bilər.

O həmçinin qeyd edib ki, coğrafi baxımdan Qrenlandiya Şimali Amerika qitəsinin bir hissəsidir və Avropadan daha çox Şimali Amerikaya yaxındır. Qoveyler vurğulayıb ki, ada ABŞ təhlükəsizlik sistemində əsas rol oynayır.

"Bu gün Danimarka sabah heç bir kompensasiya olmadan imtina etməli ola biləcəyi bir şey üçün külli miqdarda pul ala bilər", - deyə o əlavə edib.