BAKI, 22 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsində VII turun oyunlarından sonra turnir cədvəlindəki vəziyyət bəlli olub.
Teleqraf xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” 7 turdan sonra aktivinə 10 xal yazdırıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu nəticə ilə 36 komanda arasında 18-ci pillədə yer alıb.
Türkiyə “Qalatasaray”ı da eyni xala malik olsa da, top fərqinə görə Ağdam klubunu bir pillə qabaqlayaraq 17-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, mərhələni ilk 24 pillədə başa vuran komandalar pley-offa yüksəlmək hüququ qazanacaqlar. Hazırkı mövqeyi “Qarabağ”a bu şansı verir.
Ağdam təmsilçisi sonuncu - VIII turda İngiltərədə “Liverpul” klubunun qonağı olacaq.