Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunu Çempionlar Liqasında "Ayntraxt"ı məğlub etmək münasibətilə təbrik edib.
Teleqraf-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dövlət başçısına təbrikə görə minnətdarlığını bildirib:
"Allah özü kömək olsun, nə yazıbsa onu yaşayacağıq. Cənab Prezidentə təşəkkür edirəm. Hakimin qərarları ilə bağlı daha ətraflı və dolğun şərhi cənab Prezident özü verib".
Qeyd edək ki, Prezident İlham Əliyev paylaşımında hakimin ədalətsiz və qərəzli qərarlarından da söz açıb, UEFA-nın bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib.