BAKI, 21 yanvar. TELEQRAF
Əgər 2020-ci ildə ABŞ-də prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukraynadakı münaqişə başlamazdı.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı bildirib.
"Bu, heç vaxt baş verməməli olan bir müharibədir və əgər 2020-ci il ABŞ prezident seçkiləri saxtalaşdırılmasaydı, bu, baş verməzdi. Münaqişə saxtalaşdırılmış bir seçkinin nəticəsində başladı", - deyə Amerika lideri bildirib.
Tramp əlavə edib ki, seçki nəticələrini saxtalaşdırmaqda məsul olanlar tezliklə məsuliyyətə cəlb olunacaqlar.