SUMQAYIT, 21 yanvar. TELEQRAF

21.01.2026-cı il tarixində saat 23:00 radələrində Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Tibb Mərkəzindən Teleqraf-a verilən məlumata görə, yaralılara bədənin və başın müxtəlif nahiyələrinin travmaları, qasıq sümüyünün sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü pasiyentin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən 1988-ci il və 2003-cü il təvəllüdlü şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

23:55

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb. Məlumata görə, “Kia Sorento” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.