BAKI, 21 yanvar. TELEQRAF
Rusiya Dövlət Dumasında fotomüxbirlərin fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
"Bu gün, müəyyən edilmiş prosedurlara zidd olaraq , media fotoqraflarının plenar iclasda iştirakına icazə verilməyib" - məlumatda qeyd olunur.
Parlamentin aşağı palatasının mətbuat xidmətindən isə bildirilib ki, fotoqrafların adətən işlədiyi sessiya zalının eyvanı əvvəlcə federal televiziya operatorları üçün nəzərdə tutulmuşdu. Bu gün isə məhz bu iş rejimi bərpa olunub.
Bir gün əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda fotoqrafları deputatları eybəcər formada çəkib ictimaiyyətə təqdim etməkdə qınamışdı.