BAKI, 22 yanvar. TELEQRAF
Almaniyanın “Ayntraxt Frankfurt” klubunun futbolçusu Ansqar Knauff UEFA Çempionlar Liqasında Bakıda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Teleqraf xəbər verir ki, 24 yaşlı hücumçu DAZN kanalına açıqlamasında komandasının müdafiə problemlərindən söz açıb: “Bizim üçün çox ağır məğlubiyyətdir. Yenə oyunun əvvəlində qapımızda qol gördük və vəziyyəti düzəltmək üçün mübarizə aparmalı olduq. Hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilməməyimiz çox məyusedicidir. Sonda qol buraxmaq üzücüdür, amma bir xal da bizə kömək etməyəcəkdi. Bu hal artıq ənənə halını alıb - hər oyunda qapımızdan üç qol buraxırıq. Belə oyunlarda qələbə qazanmağı öyrənməliyik”.