BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Ukraynadakı münaqişəni İkinci Dünya Müharibəsindən bəri ən pis müharibə adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp çıxışında bildirib: "Bu, İkinci Dünya Müharibəsindən bəri ən pis müharibədir. Bu qan tökülməsini dayandırmalıyıq. İnanıram ki, Putin razılaşma istəyir. İnanıram ki, Zelenski də istəyir".

Amerika lideri vurğulayıb ki, əgər 2020-ci il ABŞ prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukraynadakı münaqişə başlamazdı.