BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff sabah Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.