BAKI, 21 yanvar. TELEQRAF
Fransada Rusiya vətəndaşı Anna Novikova və əri casusluqda ittiham olunaraq saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Filip de Vul bildirib.
Novikova iki uşaq anasıdır.
Saxlanılanlar Fransada işğal altındakı Donbas vilayəti üçün humanitar yardımların toplanması ilə məşğul olublar.
Saxlanılanlar "xarici dövlət üçün məlumatlar toplamaqda" ittiham olunurlar.