BAKI, 21 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ tərəfindən Ukraynanın rifahı üçün 800 milyard dollar ayrılması ilə bağlı elan edəcəyini bildirdiyi plan baş tutmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, buna səbəb ABŞ ilə Avropa arasında Qrenlandiya üzərində nəzarət məsələsi ilə bağlı yaranan mübahisə olub. Məhz bu fikir ayrılığı Davosda Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasına dair planın razılaşdırılmasını pozub.