BAKI, 21 yanvar. TELEQRAF

Almaniyada Ukraynanın işğal altında olan Donetsk və Luqansk bölgələrinə dərman tədarük edən iki nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb. Saxlanılanlardan biri Rusiya, digəri Almaniya vətəndaşıdır.

Bildirilir ki, şübhəlilər 2016-cı ildən bəri Donbasa humanitar yardım, dərman və dronların çatdırılmasını təşkil edən bir təşkilatda rəhbər vəzifələr tutublar.