BAKI, 22 yanvar. TELEQRAF
"Bu, möcüzə deyilmi? Xalqımız bir gün öncə matəm gününü yaşadı, bu gün xalqımızı sevindiririk. Cənab Prezidentimiz Avropadadır, tariximizdə ilk dəfə Almaniya klubunu məğlub edirik".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "Ayntraxt"la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Bu, pul gücü ilə əldə edilməyib. Bu, "Qarabağ"ın müqəddəs adının bizə verdiyi ilhamdır. Biz bura milli dəyərlərimiz sayəsində gəlmişik" - klub prezidenti əlavə edib.