BAKI, 21 yanvar. TELEQRAF

Avropa Parlamenti (AP) Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit vermək üçün genişləndirilmiş əməkdaşlıq prosedurunun tətbiq edilməsi qərarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə AP-nin saytında məlumat verilib .

Layihə 499 səs lehinə, 135 səs əleyhinə və 24 səs bitərəf qalaraq təsdiqlənib.

Macarıstan, Çexiya və Slovakiya Ukraynaya kredit verməkdən imtina etdikləri üçün müqavilə Aİ üzv dövlətlərinə müəyyən sahələrdə əməkdaşlıq etməyə imkan verən "genişləndirilmiş əməkdaşlıq" proseduru çərçivəsində bağlanıb.