BAKI, 21 yanvar. TELEQRAF
"Azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar bizə inamın azaltdığı vaxtda o inamı geri qaytardılar. Sanki bu qələbə azarkeşlərin haqqı idi. Futbolçularıma təşəkkür edirəm ki, sona qədər intizamı qorudular, oyundan qopmadılar. Çox möhtəşəmdir. Əsl böyük futbol idi".
Teleqraf xəbər bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası çərçivəsində keçirilən "Ayntraxt"la oyundan sonra deyib.
"Belə bir uğur olmamışdı. Bəlkə də Azərbaycan futbolunun ən böyük uğurudur. Allaha şükürlər olsun ki, son saniyələrdə bizə belə bir qələbə bəxş etdi" - Qurbanov əlavə edib.