BAKI, 20 yanvar. TELEQRAF

Suriya hökuməti ilə YPG/SDQ terror qruplaşması arasında atəşkəslə bağlı razılıq əldə olunub.

Teleqraf xəbər verir ki, tərəflər Həsəkə vilayətinin birgə idarə olunması ilə bağlı ortaq məxrəcə gəliblər.

Razılaşmaya əsasən Suriya ordusu Həsəkə vilayətinə daxil olmayacaq, dinc inteqrasiya üçün müddət müəyyənləşəcək.

Kürdlərin yaşadığı bölgədə yalnız yerli təhlükəsizlik qüvvələri asayişi qoruyacaqlar.