BAKI, 3 aprel. TELEQRAF
Qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,8%-ə yüksələcək. Bu 2001-ci ildən bəri ən yüksək göstəricidir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib.
Məlumata görə, qlobal taxıl ehtiyatlarının 7,8% artaraq rekord səviyyəyə çatacağı gözlənilir. Əsas taxıl növləri, o cümlədən düyü ehtiyatlarında da artım proqnozlaşdırılır.
2026-cı ilin iyun ayınadək olan müddətdə dünya taxıl ticarətinin əvvəlki 12 ayla müqayisədə 3,6%, istehlakının isə 2,2 % artacağı proqnozlaşdırılır.