BAKI, 13 yanvar. TELEQRAF
ABŞ Konqresinə Qrenlandiyanın ilhaqı ilə bağlı təqdim olunan qanun layihəsi prezident Donald Trampa adanın ABŞ-yə birləşdirilməsi üçün zəruri addımları atmaq səlahiyyəti verir.
Teleqraf xəbər verir ki, bu barədə Konqresin üzvü, respublikaçı Rendi Fayn yaydığı açıqlamada bildirib.
Onun sözlərinə görə, “Qrenlandiyanın ilhaqı və ona ştat statusunun verilməsi haqqında” qanun layihəsi ABŞ prezidentinə adanın ilhaq edilməsi və ya ABŞ ərazisi kimi əldə olunması üçün bütün zəruri tədbirləri görməyə imkan yaradır.
Qeyd edək ki, yanvarın 12-də Rendi Fayn sözügedən qanun layihəsini rəsmi şəkildə ABŞ Konqresinə təqdim edib. Layihədə Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi perspektivi nəzərdə tutulur.