BAKI, 12 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda baş verən hadisələrə cavab verilməsi imkanlarının ciddi şəkildə araşdırıldığını, o cümlədən güc tətbiqi variantının da istisna olunmadığını bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu açıqlamanı yanvarın 11-də Vaşinqtona uçuş zamanı jurnalistlərlə söhbətində verib.
Tramp suallara cavabında Vaşinqtonun mümkün addımları diqqətlə qiymətləndirdiyini vurğulayıb.
“Biz belə bir imkanı nəzərdən keçiririk”, - deyə ABŞ Prezidenti bildirib.