BAKI, 12 yanvar. TELEQRAF

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorteri XİN-ə çağırıb.

Teleqraf "Sky News"ə istinadən xəbər verir ki, buna səbəb Londonda keçirilən etiraz aksiyası zamanı İranın Böyük Britaniyadakı səfirliyinin binasından dövlət bayrağının endirilməsi olub.

Məlumata görə, naməlum şəxs etiraz aksiyası zamanı İran səfirliyinin binasına çıxaraq ölkənin dövlət bayrağını götürüb.

İran dövlət teleradiosunun yaydığı açıqlamada bildirilir ki, Londondakı səfirliyə qarşı hücum, İran İslam Respublikasının bayrağının təhqir olunması və Böyük Britaniya xarici işlər nazirinin İranın daxili işlərinə müdaxilə xarakteri daşıyan bəyanatları ilə əlaqədar Britaniya səfiri XİN-ə dəvət edilib və ona kəskin etiraz bildirilib.