BAKI, 8 yanvar. TELEQRAF

Dubaydan Moskvaya uçan "Utair" şirkətinə məxsus təyyarə texniki problemlər səbəbindən istiqamətini dəyişərək geri dönüb.

Teleqraf xəbər verir ki, təyyarə yerə enəzdən öncə 1,5 saat BƏƏ paytaxtının səmasında dövrə vurub.

Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə təyyarə yanacaq çəninin boşalması üçün havada dövrə vurduqdan sonra təhlükəsiz şəkildə eniş edib.