BAKI, 9 yanvar. TELEQRAF

ABŞ Venesuelaya ikinci dəfə hücum etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“ABŞ və Venesuela neft-qaz infrastrukturlarının yenidən qurulması istiqamətində uğurla əməkdaşlıq edir. Bu əməkdaşlığı nəzərə alaraq, gözlənilən ikinci hücum dalğasını ləğv etdim, görünür, artıq buna ehtiyac qalmayacaq”, - Amerika lideri qeyd edib.