BAKI, 9 yanvar. TELEQRAF

2025-ci ildə Hesablama Palatasının ümumi xərclərinin 89,4%-i əməyin ödənişinə yönəldilib.

Teleqraf xəbər verir ki, bu barədə Palatanın 2025-ci il üçün büdcəsinin icrası haqqında hesabatında qeyd olunub.

Məlumata görə, bu bölmə üzrə orta hesabla ştatda olan 177 əməkdaşa əməkhaqqı və 147 əməkdaşa mükafat hesablanaraq ödənilib.

Bildirilib ki, hesabat ilində ezamiyyə xərcləri hesabına cari ildə 65 əməkdaş adam-gün hesabı ilə 612 gün 30 rayonda nəzarət tədbirlərinin keçirilməsi ilə əlaqədar daxili ezamiyyətdə və Hesablama Palatasının beynəlxalq tədbirlərində iştirakı ilə əlaqədar 24 əməkdaşı adam-gün hesabı ilə 186 gün 14 ölkədə xarici ezamiyyətdə olublar. Xarici ölkələrə ezamiyyələr üzrə xərclərin dəvət edən tərəfindən maliyyələşdirilməsi hesabına bu xərc istiqaməti üzrə qənaət formalaşıb.