BAKI, 9 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycanın meyvə-tərəvəz ixracı 27,4% var.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”ında bildirilir. Qeyd edilir ki, hesabat ilində alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.
2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.