BAKI, 9 yanvar. TELEQRAF

Qırğızıstan Dövlət Vergi Xidməti 2024-cü il üzrə dövlət və bələdiyyə qulluqçularının təqdim etdiyi bəyannamələrə dair ümumiləşdirilmiş məlumatları dərc edib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Məlumata görə, Prezident Sadır Japarovun gəlirləri 2 milyon 214 min 482 som təşkil edib. Xərclər göstərilməyib.

Prezidentin mülkiyyətində sahəsi 2 min 627 kvadratmetr olan biznes mərkəzi, İssık-Kul vilayətində 63 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 21 sotluq başqa bir torpaq sahəsi var. Daşınar əmlak kimi isə 100 min som dəyərində “Jiquli” avtomobili qeyd olunub.