BAKI, 9 yanvar. TELEQRAF

İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı tənqid edib.

Teleqraf xəbər verir ki, o, bu barədə xalqa müraciətində danışıb.

Bildirib ki, dünya üzrə təkəbbürlü və despotik qüvvələr adətən qürurlarının zirvəsində ikən devriliblər:

"Tramp bütün dünyaya hökm etməyə çalışır və qürur içindədir. O bilməlidir ki, despotik və təkəbbürlü qüvvələr, misal üçün, firon, Nəmrud, Rza Xan, Məhəmmədrza və bənzərləri adətən qürurlarının zirvəsinə yetişəndə devriliblər. Bu da devriləcək".