BAKI, 9 yanvar. TELEQRAF

SDQ terror təşkilatı Suriyanın Hələb şəhərindəki Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrini tərk etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu açıqlama şəhər rəhbərliyinin təşkilatla Suriya ordusu arasında bir neçə gün davam edən qanlı toqquşmalardan sonra terrorçuların neçə saat ərzində təxliyə ediləcəyini açıqlamasından sonra verilib.

SDQ-yə tabe olan Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrinin “Xalq Şurası” yaydığı bəyanatda bildirib ki, Dəməşqdəki hökumətin çağırışı təslim olmağa çağırışdır.

“Bu məhəllələrdə yaşayan xalqımız burada qalmaq və onları müdafiə etməkdə qətiyyətlidir. Məhəllələrimizdə qalmaq və onları müdafiə etmək qərarını vermişik”.