BAKI, 7 yanvar. TELEQRAF

Avropanın ən böyük hava limanı hesab edilən Amsterdamın "Schiphol" hava limanında qar və külək səbəbindən 700 reys ləğv olunub.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Aeroport rəhbərliyi bildirib ki, uçuş gecikmələri səbəbindən 1000-dən çox insan ötən gecəni hava limanında keçirmək məcburiyyətində qalıb.

Uçuşların ləğv edilməsi hallarının sayının artacağını proqnozlaşdırır.