BAKI, 6 yanvar. TELEQRAF
Malayziyanın Baş naziri Ənvər İbrahim Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6–8 yanvar 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində yanvarın 7-də Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Türkiyə ilə Malayziya arasında münasibətlərin hüquqi əsaslarını gücləndirəcək müxtəlif sənədlərin imzalanması da nəzərdə tutulur.
Görüşlər zamanı regional və beynəlxalq məsələlər ətrafında da məsləhətləşmələr aparılacaq.