BAKI, 4 yanvar. TELEQRAF

Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl Ukrayna münaqişəsi həll edildikdən sonra Avropa İttifaqının mövcud formatda dağılması ehtimalını istisna etməyib.

Teleqraf xəbər verir ki, o, "RIA Novosti"yə müsahibəsində bildirib ki, hazırda Aİ fövqəladə vəziyyət səbəbindən hələ dağılmayan böyük bir hava şarını xatırladır.

“Lakin bu vəziyyət aradan qalxan kimi, Avropa İttifaqının indiki formasının "partlaya" biləcəyini istisna etmirəm. Çünki onları birləşdirən yeganə məqsəd Ukraynadır”, – deyə Knaysl vurğulayıb.

Onun fikrincə, Ukrayna münaqişəsi fonunda Aİ daxilində institutlar və üzv ölkələr arasında ciddi ziddiyyətlər yetişib.

“Düşünürəm ki, dağılma baş verəcək. Amma bu ‘hava şarı’nın birdən-birə partlayacağını iddia etmirəm”, – deyə o əlavə edib.