BAKI, 12 yanvar. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin zenit-raket divizionunun komandiri Ukrayna Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısının S-300 zenit-raket kompleksi vasitəsilə vurulduğunu bildirib.

Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Rusiya hərbçiləri hədəfi iki raketlə vurublar.

Komandirin sözlərinə görə, F-16 qırıcısı zenit-raket hesablaması üçün aerodinamik baxımdan ən maraqlı və çətin hədəflərdən biri olub.

“Birinci atəşlə yox, iki raketlə işlədik. İlk raketlə onu zədələdik, ikincisi ilə isə tam məhv etdik”*, – deyə o bildirib.

O qeyd edib ki, hədəfin məhv edilməsindən öncə uzunmüddətli hazırlıq aparılıb və əməliyyat briqada komandiri ilə birlikdə detallı şəkildə planlaşdırılıb.