BAKI, 12 yanvar. TELEQRAF

2025-ci il ərzində Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.

Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.