BAKI, 12 yanvar. TELEQRAF

İranda baş verən iğtişaşlar zamanı etirazçı qruplar tərəfindən 150 təcili tibbi yardım avtomobilinin məhv edildiyi bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, son iğtişaşlar zamanı yalnız təcili tibbi yardım maşınları deyil, eyni zamanda tibb müəssisələrinin infrastrukturu və tibbi avadanlıqlar da ciddi zərər görüb.

Qeyd edək ki, bundan əvvəl "Tehran" hakimiyyəti iğtişaş iştirakçıları tərəfindən bankların və məscidlərin kütləvi şəkildə talan edildiyini açıqlamışdı.