BAKI, 12 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı münaqişənin nizamlanması prosesində irəliləyişin olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki,Tramp bu barədə yanvarın 11-də Vaşinqtona uçuş zamanı jurnalistlərlə söhbətində bildirib. O qeyd edib ki, əsas məqsədi insan həyatını xilas etməkdir.

“Mən həyatları xilas etmək istəyirəm. Mənim edə biləcəyim yeganə şey bu münaqişəni dayandırmaqdır. Hesab edirəm ki, bu istiqamətdə irəliləyiş əldə edirik”, – deyə ABŞ prezidenti vurğulayıb.