BAKI, 12 yanvar. TELEQRAF
"The Jerusalem Post" nəşrinin mənbələri ABŞ Prezidenti Donald Trampın İranda yaranmış vəziyyətə müdaxilə etmək qərarı verdiyini iddia edir. Bildirilir ki, Ağ Ev hələlik bu müdaxilənin necə və nə vaxt həyata keçiriləcəyini dəqiqləşdirməyib.
Teleqraf xəbər verir ki, məqalədə qeyd olunur ki, mənbələrin məlumatına əsasən, Tramp administrasiyası iğtişaşların kəskinləşdiyi bir vaxtda İranda etiraz aksiyalarında iştirak edənlərə dəstək göstərmək niyyətindədir. Hazırda Vaşinqtonda hərbi, kiber və kommunikasiya dəstəyi variantları müzakirə olunur.
Xatırladaq ki, daha əvvəl Tehran hakimiyyəti iğtişaş iştirakçıları tərəfindən bankların və məscidlərin kütləvi şəkildə talan edildiyini açıqlamışdı.
"Reuters" isə İsrailin ABŞ-ın İrana mümkün müdaxiləsi ehtimalı fonunda yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.