BAKI, 11 yanvar. TELEQRAF

İran hökuməti ölkədə baş verən iğtişaşlar nəticəsində ölənlərlə əlaqədar milli səviyyədə üçgünlük matəm elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradiosu məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını yanvarın 12-də keçiriləcək milli yürüşə çıxmağa çağırıb.

Son məlumatlara görə, ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar zamanı azı 38 iranlı hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.