BAKI, 12 yanvar. TELEQRAF
Dövlət Neft Fondunun (ARDNF) təqdim etdiyi məlumata əsasən, 2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183 mln. barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində qeyd edilib.
Bildirilib ki, 2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağında xam neft hasilatının 120,1 mln. barel olması gözlənilir. Bu 2025-ci ilin göstəricisi (123 mln. barel) ilə müqayisədə 3 mln. barel azdır.
Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303 mln. barel təşkil edib və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunub.