BAKI, 12 yanvar. TELEQRAF
İran təhdid edən ölkələrə qarşı qabaqlayıcı tədbirlər görmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“İran müharibəyə hazırdır. Amma qabaqlayıcı tədbirlər nəzərdən keçirilmir”, - o, Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə qeyd edib.
Abbas Əraqçi əlavə edib ki, İranın ona qarşı yönəlmiş istənilən təcavüzə müqavimət göstərməyə hazırlığı əvvəlkindən də yüksəkdir.
“İran müharibə istəmir, amma istənilən təcavüzə qarşı durmağa hazırdır. Hazırlığımız əvvəlkindən daha yüksəkdir”.