BAKI, 12 yanvar. TELEQRAF

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın yaxın 10 il üçün 800 milyard avro həcmində maliyyə dəstəyi tələbinin Avropanı zəiflədəcəyini və iqtisadi fəlakətə sürükləyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Orban bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, söhbət hərbi xərclər istisna olmaqla yalnız maliyyə yardımından gedir və Budapeşt bu yolla getməyəcək.

“Ukrayna qarşıdakı on il ərzində 800 milyard avro tələb edir. Biz bunu rədd edirik. Bu yol Avropanı zəiflədir və onu iqtisadi çöküşə aparır”*, - deyə Macarıstanın baş naziri vurğulayıb.