BAKI, 11 yanvar. TELEQRAF
İran hökuməti qanuni etirazlarla iğtişaşları ayırd edir və bütün zəruri islahatları həyata keçirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.
Pezeşkiyan telemüraciətində ölkə vətəndaşlarını öz tələblərini açıq ifadə etməyə, iğtişaş çağırışlarına aldanmamağa çağırıb.
O, etirazların iqtisadi vəziyyətlə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, prezident qeyd edib ki, iğtişaşların arxasında ABŞ və İsrail dayanır, onların agentləri vasitəsilə ölkədə vəziyyəti destabilizə etməyə çalışırlar.