BAKI, 12 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gələcəkdə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrígez ilə görüşəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə ABŞ-nin paytaxtı Vaşinqtona uçuş zamanı jurnalistlərə bildirib.
Bununla yanaşı, Venesuela hakimiyyəti daha əvvəl Delsi Rodrigezin hələlik xarici səfərlər planlaşdırmadığını bəyan edib.
Bu arada CNN telekanalı ABŞ-nin Venesuelada səfirliyinin fəaliyyətini bərpa etmək məqsədilə ölkəyə nümayəndə heyəti göndərdiyini yazıb.